Ağ Evdən Kiyevə davamlı silah tədarükü Rusiya ilə ABŞ arasında qarşıdurmaya aparan yoldur.
“RİA Novosti” “Newsweek” jurnalına istinadən xəbər verir ki, bunu Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov deyib.
SİA bu barədə rus saytlarına istinad edir.
Beləliklə, Antonovun sözlərinə görə, ABŞ indiki vəziyyətdə özünün “miopiyasını” nümayiş etdirir. Qeyd edək ki, miopiya uzağı aydın görə bilməmək problemidir. Əslində bu xəstəlik kimi də xarakterizə edilir.
Vaşinqtonun Kiyevi ardıcıl olaraq silahla təchiz etdiyini detən rusiyalı səfir Rusiyanı strateji məğlubiyyətə uğratmağa çalışanların bir şeyi ununtduqlarını onlara xatırladır. Antonovun fikrincə, Rusiyanı strateji məğlubiyyəti regionda gərginliyin artmasına səbəb ola bilər.
“... Bu aydın deyilmi bəyəm? Bu, gözlənilməz nəticələrlə dolu böyük nüvə gücləri arasında birbaşa hərbi qarşıdurmaya aparan yoldur”. Bunu da Antonov deyir.
Bundan əlavə, rusiyalı səfir Rusiyaya qarşı tətbiq edilən sanksiyaların heç bir effekt vermədiyinə əmindir. Antonova görə, Rusiyaya qarşı tətbiq edilən sanksiyalar, əksinə, Qərbi “pis günə qoyub”. Səfir bununla bağlı ABŞ iqtisadiyyatındakı vəziyyətə diqqət çəkir.
“Məlum olur ki, anti-Rusiya çılğınlığında Vaşinqton özünü ayağından vurmağa və eyni zamanda rəqs etməyə hazırdır. Bu, absurd görünür”. Maraqlıdır ki, Antonov buna da əminlik nümayiş etdirir.
Antonov daha sonra əlavə edir ki, ABŞ-ın hərəkətləri və bəyanatları heç bir halda Rusiya qoşunlarının təyin edilmiş tapşırıqları yerinə yetirmək əzminə təsir etməyəcək. O hesab edir ki, Vaşinqtonun Rusiyanın məğlubiyyətinə ümidini dayandırmağın və onunla praqmatik münasibətlərə qayıtmağın artıq vaxtı çatıb.
Qeyd edək ki, bir müddət bundan əvvəl Antonov “ABŞ Rusiyanın onlar üçün tərəfdaş, rəqib və ya düşmən olmasına qərar verməlidir”-deyə bildirmişdi: “Mən hələ də əminəm ki, biz tərəfdaş olmalıyıq. Əvvəllər mən deyərdim ki, biz tərəfdaşıq. İndi təəssüf ki, belə deyil”.
Bunu da Antonov deyir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB