Rusiya Arktikanı “gələcəyin döyüş meydanına” çevirmək üçün bu bölgədə hərbi və iqtisadi fəaliyyəti gücləndirir.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Times”ın köşə yazarı Larisa Braun “Civitas” analitik mərkəzinin hesabatına istinadən yazır.
Qeyd edək ki, bu hesabatda Qərb ölkələri Rusiyanın Arktikadakı fəallığına görə “ayılmağa” çağırılır. Hesabat müəllifləri qeyd edirlər ki, son illər Rusiya regionda 50 hərbi obyekt yerləşdirib. Onların fikrincə, bu, Arktikanın tezliklə geosiyasi rəqabət məkanına çevrilməsindən xəbər verir.
Beləliklə, Braun yazır ki, qlobal istiləşmə səbəbindən əriyən buzlaqlar şimalda yeni ticarət yolları açır və bu, Avropa ölkələrində rəqabətin artması ilə bağlı qorxuları artırır. Belə ki, müəllif izah edib ki, Şimal Dəniz Marşrutundan keçən marşrut açılanda Şanxaydan Rotterdama dəniz yolunun keçid müddəti iki həftə azaldıla bilər.
Qeyd edək ki, Çexiyada fəaliyyət göstərən “Marko Cvitas” analitik mərkəz hesabatında Moskvanın Rusiyaya gəmilərin pilotluğunu öhdəsinə götürən qanun tətbiq edə biləcəyi təhlükəsindən də bəhs edilir. Bundan əlavə, materialda Arktikada sink və nikel kimi nadir torpaq metallarının böyük ehtiyatlarının olduğu da deyilir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB