Ötən gün Çinin üçüncü təyyarədaşıyan gəmisi olan “Fujian”ı Şanxayda suya buraxılıb. Analitiklərin fikrincə, iki əvvəlki sələfindən fərqli olaraq tamamilə Çin istehsalı olan bu gəmi Çinə Hind-Sakit okean regionunda qüvvələr balansını dəyişməyə imkan verəcək.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “The Times” xəbər yayıb.
Beləliklə, ötən səhər Çin üçüncü və ən müasir təyyarədaşıyan “Fujian”ı suya buraxıb. Maraqlıdıt ki, Britaniya nəşri “The Times” bunu Pekinin dominant dəniz gücü kimi ABŞ-a “meydan oxumaq” cəhdi olduğunu bildirir.
Yeri gəlmişkən, 80 min ton yerdəyişmə qabiliyyətinə malik yeni gəmi Britaniya flaqmanı “Kraliça Elizabet”dən daha böyükdür. Bundan əlavə, “Fujian” daşıyıcı əsaslı təyyarələri buraxmaq və tutmaq üçün elektromaqnit katapultla təchiz edilmiş ilk səmavi təyyarədaşıyan gəmidir.
Belələliklə, Çin təyyarədaşıyanı artıq okeana buraxılıb. Yenə də “The Times”ın məlumatına istinad etsək, deməli gəmi bir və ya iki ildən sonra xidmətə girməzdən əvvəl dəniz sınaqlarından keçəcək.
Qeyd edək ki, hazırda 11 təyyarə daşıyana sahib olan Amerika istisna olmaqla, Çinin digər ölkələrdən daha çox təyyarədaşıyıcı var. Bununla belə, Pekin Vaşinqtonla fərqi aradan qaldırmağı, 2035-ci ilə qədər ən azı daha 6 gəmi hazırlamağı planlaşdırır. Yeri gəlmişkən qeyd edək ki, hazırda ABŞ və Çin arasında Tayvan və digər ərazi mübahisələri ilə bağlı gərginlik artmaqda davam edir.
Təsadüfi deyil ki, bir müddət bundan əvvəl Lüksemburqda ABŞ Prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivanla görüşən Cin səlhiyyətlisi Yan Cieçin Çin-ABŞ münasibətlərinin artıq kritik yolayrıcında olduğunu etiraf etmişdi.
Onu da qeyd ki, bu arada çinli hərbi ekspert Şao Yonqlin “Fujian”ın okeana buraxılmasının regionda güc balansının dəyişəcəyinə və Amerika hərbinin qarşısının alınmasına böyük təkan verəcəyini bildirib.
Maraqlıdır ki, bu gün rəsmi Pekin Çin ilə diplomatik əlaqələri olan ölkələrin Tayvan ilə istənilən formada rəsmi təmasına qəti etiraz edir. Amma ABŞ bununla razılaşmaq istəmir. Bir müddət bundan əvvəl Çin Xarici İşlər Nazirliyinin mətbuat katibi Lu Kan ölkəsinin ABŞ ilə Tayvan arasında istənilən rəsmi təmasa qarşı olduğunu bildirmişdi. Bununla yanaşı o, ABŞ hökumətinin “Vahid Çin” siyasətinə ciddi riayət edəcəyinə ümid bəslədiyini də bildirmişdi.
Məhz bu mənada yeni gəminin okeana buraxılması hərbi ekspert Şao Yonqa görə, Çinin “işinə yarayacaq”. Yonq hətta Pekinin bu addımını Pentaqonun “strategiyasına güclü zərbə” kimi dəyərləndirib. Hərbi ekspertin fikrincə, əgər ABŞ yaxınlarda kursunu dəyişməsə, Hind-Sakit Okean regionunda bataqlığa düşən Çin deyil, amerikalılar olacaqlar.
Təbii ki, bütün bunlar öz yerində, amma “Fujian” Çinin ilk yerli inkişafı kimi təqdir olunmaqdadır.
Deyilənlərə görə, sələflərindən fərqli olaraq, “Fujian” Amerikanın “Gerald R. Ford” tipli təyyarədaşıyıcıları kimi tramplin yox, daha səmərəli və davamlı elektromaqnit katapult sisteminə malikdir. Bundan əlavə, təsdiqlənməmiş məlumatlara görə, o, inteqrasiya olunmuş elektrik mühərriki sistemində işləyir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB