Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan keçәn hәftә keçirilәn ‘‘Efes-2022’’ tәlimi çәrçivәsindә әhәmiyyәtli bәyanatlar verib. Rәcәb Tayyib Әrdoğanın Yunanıstanı qeyri-hәrbi statusa malik adaları silahlandırmaqdan vaz keçmәyә dәvәt etmәsi Türkiyәnin bu mövzu ilә bağlı daha açıq mövqe nümayiş etdirәcәyinin göstәricisidir. Bu proses Türkiyə-Yunanıstan münasibətlərində yeni bir gərginliyə işarə etməklə yanaşı, iki ölkә arasında dönüş nöqtәsi olub.
Adaların silahlandırılması məsələsinin gündәmi zәbt etmәsinin yeganә səbəbi yoxdur, proses tədricən baş verib. Yunanıstanın Egeydəki qeyri-qanuni addımları və maksimalist siyasətini Şərqi Aralıq dənizində yürütmәyә çalışması əslində bu prosesin yaranmasına sәbәb olub.
Rәsmi Ankara rәsmi Afinanın Aralıq dәnizindә attığı yeni addımlara lazımi cavabı verdi vә 2020-ci ildә yaşanan gәrginlik nәticәsindә Yunanıstan geri addım atmaq mәcburiyyәtindә qaldı. Türkiyә isә bu proses әrzindә ilk növbәdә Aralıq dәnizindә vә daha sonra Egey dәnizindә ‘‘Navtex’’ (dәnizçilәrә xәbәrdarlıq) elan edәrәk adaların qeyri-hәrbi statusunun pozulduğunu vurğuladı vә məsələni diplomatik müstəvidə gündəmə gətirməyə başladı.
Problemin gündәmi zәbt etmәsinә isә iki amil sәbәb oldu. Bunlardan birincisi Yunanıstanın son zamanlar atdığı aqressiv addımlardır. Əslində Yunanıstan bir tərəfdən Fransa ilə müdafiə paktı bağladı və ABŞ ilə olan hərbi müqaviləsini müddətsiz etdi, hәmçinin ABŞ-a çoxlu sayda hərbi bazalar ayırdı. Digər tərəfdən silahlanma vә aqressiv siyasət yürüdәrәk qeyri-hərbi statusa malik adalarla bağlı mövqeyini davam etdirmәyә çalışdı. Bu addımları atarkən Türkiyə ilə siyasi və məşvərət xarakterli danışıqlar davam etdi, lakin Miçotakisin Türkiyə əleyhinə addımları sәbr kasasını daşıran damla oldu.
İkinci amil isə Türkiyənin artan diplomatik və hərbi fəallığı ilə bağlıdır. Son illərdə müxtəlif cəbhələrdə eyni vaxtda ciddi problemlərlə üzləşən Türkiyə bu çağırışlara effektiv şəkildə cavab verib və mühüm nailiyyətlər əldə edib. Ukrayna böhranı zamanı özünəməxsus addımları ilə rәsmi Ankaranın manevr imkanları genişləndi.
Ancaq Türkiyənin Yunanıstanın Egeydə və digər bölgələrdə, xüsusilə dә adalar mәsәlәsindә attığı və ya atacağı qeyri-qanuni addımlara qarşı eyni mövqe nümayiş etdirməyəcəyi aydındır. Bu çәrçivәdә Türkiyənin bu qanunsuz addımlara qarşı diplomatik, siyasi və hərbi təzyiqlərini artıracağı müşahidә olunur. Hadisələrin gedişatını böyük ölçüdə Yunanıstanın bundan sonra atacağı addımlar formalaşdıracaq.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 18:49İnsanı inandırmağın yeddi yolu..?
Sosial 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 17:52Kobaxidze Ermənistana səfər edib
Dünya 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 17:07Paşinyan İşçi Qrupu yaradıb...
Dünya 17:02Bakı Bəyannaməsi qəbul edilib
Siyasət 16:34Avrasiya diplomatiyasının Bakı triumfu - ANALİZ
Siyasət 16:25Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 16:20Hərbivəzifəlilərin təlim toplanışı davam edir
Siyasət 14:51Bu ilin ilk 9 ayı ərzində ölkə ərazisində 1 100 transformator təmir olunub
İqtisadiyyat 14:50Tarixin yeni dövrünü yazan və yaşadan lider TƏHLİL
Siyasət 14:37Yəmən müharibəsi necə bitəcək? - GÜNÜN SUALI
Siyasət 14:35“Azərişıq”da elektrik enerjisi itkiləri azalır
İqtisadiyyat 14:03Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb
İqtisadiyyat 13:55"Azərişıq" ASC bu ilin yanvar-sentyabr aylarında 272 892 müraciət qəbul edib
İqtisadiyyat 13:49Payız depressiyası nədir? - ARAŞDIRMA
Sosial 13:46BDYPİ beynəlxalq sərgidə təmsil olunur
Sosial 13:20Sabah Bakıda hava çiskinli olacaq
Hadisə 12:51Laos üzv dövlət qismində AQEM-ə qoşulub
Siyasət 12:44SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...
Sosial 11:51Bakıda kəlağayı ilə milli irs yürüşü keçirilib - REPORTAJ
Mədəniyyət 10:55Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 10:45Azərbaycan nefti 4 dollara yaxın ucuzlaşıb
İqtisadiyyat 09:45Bakıda 20 yaşlı gənci bıçaqlayıblar
Hadisə 05:04Husilər 700 əsgəri girov götürdü
Dünya 04:06"Fənərbağça" İngiltərədə DARMADAĞIN OLDU!
İdman 03:22Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9067
+0,06%
-
GBP
2,2514
-0,24%
-
RUB
2,0148
-0,75%



