BMT Mozambikdәki aztәminatlılara humanitar yardım çatdırıb

BMT Mozambikdәki aztәminatlılara humanitar yardım çatdırıb

Birləşmiş Millətlər Təşkilatı (BMT) bu il Mozambikin Kabo Delqado bölgəsində münaqişədən zərər çəkmiş 100 minə yaxın insana humanitar yardım edib.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, BMT baş katibinin sözçüsü Stefan Dujarrik mətbuata açıqlamasında Mozambikdəki humanitar yardım fәaliyyәtlәrinin davam etdiyini bildirib.

Bu il təxminən 100 min insana yardım etdikləri barədə mәlumat verәn Stefan Dujarrik təkcə son bir həftədə 17 min adama yardım çatdırdıqlarını qeyd edib.

Ancuabe və Meluco bölgələrində yardıma möhtac olan insanların olduğunu vurğulayan Dujarrik bu bölgələrdə 84 min insana yardım çatdırmağı hədəflədiklərini bildirdi.

2017-ci ildən bəri Ənsar'us Sünnə təşkilatının Mozambikin Kabo Delqado bölgəsindəki mülki vәtәndaşlara təşkil etdiyi hücumlar nәticәsindә 3 mindən çox insan həyatını itirib. Hücumlar nəticəsində 800 mindən çox insan evlәrini tәrk etmәk mәcburiyyәtindә qalıb.

Təşkilatın bölgədə strateji әhәmiyyәtә malik nöqtələri ələ keçirmәsindәn sonra xarici muzdlular və SADC missiyası terrorla mübarizə әmәliyyatlarına start verib.

Ölkәdә SADC missiyası çərçivəsində Anqola, Botsvana, Konqo Demokratik Respublikası, Lesoto, Malavi, Cənubi Afrika, Tanzaniya və Zambiyadan yüzlərlə əsgər vәzifәsini icra edir.

Qeyd edәk ki, Ruanda da terrorla mübarizə әmәliyyatlarını dəstəkləyir.

Bütün xəbərlər Facebook səhifəmizdə