İrəvanda KTMT çərçivəsində əməkdaşlığa dair sənədlər imzalanıb

İrəvanda KTMT çərçivəsində əməkdaşlığa dair sənədlər imzalanıb

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın sədrliyi ilə keçirilən iclasda KTMT-nin baş katibi Stanislav Zas iştirak edib. SİA xəbər verir ki, İrəvanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları Katibləri Komitəsinin genişləndirilmiş iclasında KTMT-nin fəaliyyətinin təkmilləşdirilməsinə dair sənədlər imzalanıb.

Xüsusilə, Təhlükəsizlik Şuralarının katibləri 2023-cü il üçün KTMT-nin kollektiv təhlükəsizlik sisteminin komandanlıq və nəzarət orqanlarının və qüvvə və vasitələrinin birləşmələrinin birgə təlimi üzrə Planı imzalayıblar.

Təşkilatın baş katibi Stanislav Zasın dediyi kimi, ümumilikdə altı sənəd imzalanıb.

İmzalanma mərasimindən sonra Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bəyan edib ki, hazırkı tərkibdə növbəti iclas bu ilin dördüncü rübündə keçiriləcək.

Qriqoryan brifinq zamanı qeyd edib ki, görüş həm bütövlükdə dünyada, həm də KTMT-nin məsuliyyəti sahəsində artan təhlükələr fonunda keçirilir. Təşkilat çərçivəsində həyata keçirilən tədbirlər isə mövcud təhlükələrin neytrallaşdırılmasına və KTMT üzvlərinin təhlükəsizliyinin təmin edilməsinə yönəlib.

Buna əsaslanaraq, görüşdə KTMT-nin məsuliyyət zonasındakı vəziyyətə, o cümlədən terrorizmə qarşı mübarizə, komanda-nəzarət orqanlarının və kollektiv təhlükəsizlik sisteminin qüvvələrinin birgə hazırlığı kimi aktual məsələlərə xüsusi diqqət yetirilib”, - deyə o əlavə edib.

Qeyd edək ki, iclasa Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın sədrliyi ilə KTMT-nin baş katibi Stanislav Zas iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə