Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov Moskvanın Ukraynaya məxsus taxılı oğurlaması ilə bağlı ittihamların heç bir əsası olmadığını bildirib.
SİA xəbər verir ki, bu barədə məlumatı “REN TV” yayıb.
“...İddia olunan taxıl oğurluğu hallarına gəlincə, biz bu cür əsassız ittihamları qətiyyətlə rədd edirik”, - diplomat bildirib.
O, BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrikin daha əvvəl BMT-də bu cür cinayətlərə dair hər hansı sübuta malik olmadığını bildirən bəyanatına diqqət çəkib.
Səfir vurğulayıb ki, Rusiya hətta Ukrayna limanlarından taxıl daşıyan gəmilərin təhlükəsizliyinə zəmanət verməyə hazırdır.
Qeyd edək ki, bir müddət bundan əvvəl ABŞ prezidenti Cozef Bayden Birləşmiş Ştatların taxılın dəmir yolu ilə Ukrayna ərazisindən ixracı planını hazırlaığını bildirmişdi.
Bundan əlavə Polşa-Ukrayna sərhədində müvəqqəti taxıl anbarlarının tikiləcəyi, buradan məhsulların bütün dünyaya çatdırılacağı gözlənilir.
Yeri gəlmişkən BMT Təhlükəsizlik Şurasının iclasında dünya buğda ehtiyatlarının cəmi on həftə kifayət edəcəyi qeyd edilib və vəziyyətin 2007-2008-ci illərin böhran illərindən daha pis qiymətləndirilib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB