1982-ci il ədəbiyyat üzrə Nobel mükafatı laureatı Qabriel Qarsia Makresin Mexikodakı evindən ona yazılmış naməlum məktublar tapılıb.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Pablo Neruda, Fidel Kastro, subkomandante Markos, Bill Klinton və Vudi Allenin məktubları da daxil olmaqla, əvvəllər məlum olmayan 150 məktub yazıçının nəvəsi tərəfindən təsadüfən aşkar edilib.
Yenicə tapılmış məktublar yazıçının Nobel mükafatını almasının 40 illik yubileyi şərəfinə avqustun 15-dək Mexikoda Markes ailəsinin evində nümayiş etdiriləcək.
Tapılan məktublar daha sonra Ostin Universitetində mükafatçının sənədli irsinin bir hissəsinə çevriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB