Slovakiya növbəti dəfə Kiyev rəhbərliyinə silah bağışladı

Slovakiya, Ukraynaya Sovet istehsalı olan MI seriyalı 5 döyüş helikopter və onlara uyğun gələn 1000 raket bağışlayıb.
Slovakiya növbəti dəfə Kiyev rəhbərliyinə silah bağışladı

SİA Türkiyənin TRT telekanalına istinadən xəbər verir ki, bu barədə Slovakiya müdafiə naziri Yaroslav Nad sosial media hesabında məlumat paylaşıb. Bildirib ki, 5 MI seriyalı helikopter və 1000 raket Ukrayna ordusuna təhlükəsiz şəkildə çatdırılıb.

Nazir Nad bəyan edib ki, bütün demokratik ölkələr Rusiyanın təcavüzü qarşısında Ukraynanı dəstəkləməlidir.

Qeyd edək ki, daha əvvəl də Ukraynaya müxtəlif silahlar verən Slovakiya, “S 300” hava hücumundan müdafiə sistemini də Kiyev rəhbərliyinə bağışlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə