Rusiya-Ukrayna müharibəsi başlayandan bəri Ukraynanın Çerniqov vilayətində rus ordusu tərəfindən 478 mülki vətəndaşın öldürüldüyü açıqlanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Rusiyanın Ukraynaya hücumları davam edərkən, Ukraynanın Çerniqov Rayon Prokurorluğu həyatını itirən mülki şəxslərlə bağlı açıqlama verib. Rusiya-Ukrayna müharibəsi başlayandan bəri Rusiya ordusu Çerniqov vilayətində 478 dinc sakini öldürüb, 692 nəfəri yaralayıb.
Qeyd edək ki, həyatını itirən mülki vətəndaşlardan 334-nün kişi, 122-nin qadın, 22-nin uşaq olduğu bildirilib. Prokurorluq bəyan edib ki, dinc əhalinin əksəriyyəti Rusiya ordusunun artilleriya atəşi və hava zərbələri nəticəsində həlak olub.
Müəllif: Abutel İlhamqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB