Nitqində və eşitməsində çətinlik çəkən kiçik uşaq quyuya yıxıldıqdan 104 saat sonra xilas edilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, hadisə Hindistanın Çhattisqarh əyalətində baş verib. Hindistanın Çhattisqarh əyalətinin Pihrid kəndindəki evinin həyətində oynayan 11 yaşlı Rahul Sahu dərinliyi 24 metr olan quyuya düşüb.
Cümə günü axşam saatlarında başlayan genişmiqyaslı xilasetmə əməliyyatında 500-dən çox şəxsi heyət, o cümlədən Milli Fəlakətlərə Cavab Qüvvələri (NDRF) rəsmiləri, ordu, polis və yerli hökumət iştirak edib. Danışıq və eşitmə problemi olduğu bildirilən uşağa 104 saatdan sonra tunel qazılaraq çatmaq mümkün olub.
Müəllif: Abutel İlhamqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB