Rusiya ilə sülh danışıqlarında Kiyev nümayəndə heyətinə başçılıq edən David Araxamia Ukrayna hərbi qüvvələrinin hər gün Donbasda “minədək ölü və yaralı əsgərini” itirdiyini bildirib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Araxamia bunu Amerikanın “Axios” portalına bildirib. O, eyni zamanda ukraynalı əsgərlərin orta gündəlik itkilərini 200-500 nəfər səviyyəsində qiymətləndirib.
Nəşr yazır ki, Araxamia bu rəqəmləri Vaşinqtonda səfərdə olarkən Almaniya Marşal Fondunda Ukraynadakı vəziyyətlə bağlı müzakirələr zamanı deyib. Maraqlıdır ki, onun səsləndirdiyi məlumatların Kiyev və Vaşinqtonun rəsmi məlumatları ilə ziddiyyət təşkil etdiyi də vurğulanır.
Xatırladaq ki, Ukrayna prezidenti Vladimir Zelenski iyunun əvvəlində onların hərbi qüvvələrinin hər gün 60-100 hərbçini itirdiklərini, 500-ə yaxının isə yaralandığını bildirmişdi. Ukrayna Müdafiə Nazirliyinin rəhbəri Oleksiy Reznikov daha sonra bildirib ki, Ukrayna qoşunları hər gün 100-ə qədər ölü əsgər itkisi verir. Zelenskinin ofis müşaviri Mixail Podolyak həmin gün fərqli rəqəm verdi - onun sözlərinə görə, Ukrayna hər gün 100-dən 200-ə qədər hərbçi itirir.
Eyni zamanda, ABŞ Silahlı Qüvvələri Baş Qərargah Rəisləri Komitəsinin rəhbəri Mark Milli iyunun 15-də bildirib ki, Pentaqonun məlumatına görə, Ukrayna hər gün 100-ə yaxın insanı itirir, 100-300-ə yaxın insan isə yaralanır.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB