Ukrayna Silahlı Qüvvələri tərəfində döyüşən iki ABŞ vətəndaşı təxminən bir həftə əvvəl Xarkov yaxınlığında yoxa çıxıb. CNN-in məlumatına görə, onların ələ keçirildiyi ilə bağlı ehtimallar da var.
39 yaşlı Aleksandr Dryuke və 27 yaşlı Endi Hyun Ukrayna Silahlı Qüvvələrinin 92-ci Mexanikləşdirilmiş Briqadasının tərkibində olub və iyunun 9-da Xarkov yaxınlığındakı İzbitskidə döyüş zamanı itkin düşüblər. Qeyd edək ki, onların axtarışı heç bir nəticə verməyib.
Bu arada Ukrayna Silahlı Qüvvələrinin tərəfində döyüşən əcnəbi könüllülərdən ibarət “Task Force Baguette” qrupu iki amerikalının Rusiya hərbçiləri tərəfindən əsir götürüldüyünü bəyan edib.
“O vaxtdan bəri onlardan xəbər almamışıq. Məlumatı Ukrayna kəşfiyyatı da təsdiqləyib”, - bu da qrupun bəyanatında deyilir.
ABŞ Dövlət Departamentinin sözçüsü Ned Price ABŞ-ın “iki ABŞ vətəndaşının əsir götürülməsi ilə bağlı təsdiqlənməmiş xəbərlərdən” xəbərdar olduğunu deyib.
“Biz vəziyyəti diqqətlə izləyirik və Ukrayna hakimiyyəti ilə əlaqə saxlayırıq. Məxfilik səbəbi ilə əlavə şərh verməkdən çəkinəcəyik”.
CNN-nın məlumatına görə bu fikirləri Prays bildirib.
Xatırladaq ki, ötən həftə Ukrayna Silahlı Qüvvələrinin əsir götürülmüş üç əcnəbi döyüşçüsü özünü DXR adlandıran ölkədə ölüm cəzasına məhkum edilib.
Onlar muzdluluqda və hakimiyyəti zorakılıqla ələ keçirməkdə ittiham olunublar.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB