Rusiya ilə ABŞ arasında münasibətlər ümumiyyətlə inkişaf etmir, ölkələr arasında dialoq yoxdur. Bu baxımdan iki dövlət başçılarının 2021-ci ildə keçiriləcək sammitinin nəticələrindən danışmağın mənası yoxdur.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Qeyd olunduğu kimi, ABŞ prezidenti Cozef Bayden və Rusiya prezidenti Vladimir Putin arasında görüş 2021-ci ilin iyununda baş tutub. Həmən görüşdə Cenevrədə keçirilmiş Rusiya-Amerika sammitinin nəticələrinin icrası müzakirə edilmişdi. Bundan əlavə, Rusiya ilə ABŞ arasında ikitərəfli münasibətlər və digər problemlərə baxılarkən ən yüksək səviyyədə əldə edilmiş razılaşmaların ardıcıl şəkildə həyata keçirilməsinin və “Cenevrə ruhunun” qorunub saxlanılmasının vacibliyi qeyd edilmişdi.
Peskov qeyd edib ki, sammitin nəticələri devalvasiyaya uğramasa da, lakin indiki geosiyasi vəziyyətdə onlardan danışmaq “nankorluq işidir”, çünki Rusiya ilə ABŞ arasında münasibətlər hazırda “sıfır nöqtəsində”dir.
“Belə bir Rusiya-Amerika dialoqu yoxdur”. Bunları Peskov deyib.
Qeyd edək ki, bundan əvvəl Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov indiyədək Rusiya ilə ABŞ arasında münasibətlərin yaxşılaşdırılması üçün heç bir ilkin şərtin olmadığını bildirmişdi.
“Bu gün münasibətlərin yaxşılaşdırılması üçün heç bir ilkin şərt görmürəm. Demək istəyirəm ki, əgər bizim amerikalıların təklif etdiyimiz münasibətə ehtiyacı olmasa, biz onların arxasınca qaçmayacağıq”.
Qeyd edim ki, bunu Vaşinqtondakı səfir Anatoli Antonov bildirmişdi.
Bundan əlavə Rusiya ilə ABŞ arasında yaxşı münasibətlərin hər iki ölkə üçün faydalı ola biləcəyini deyən Antonov əsas kimi Vaşinqtonun bütün dünya problemlərinin öhdəsindən təkbaşına gələ bilməməsini göstərir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB