Misir, İsrail və Aİ, Avropaya qaz tədarükü ilə bağlı müqavilə imzalayıb
SİA TRT-ə istinadən xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb. Sənədə əsasən, müqavilə avtomatik olaraq daha iki il uzadılmaqla üç il müddətinə nəzərdə tutulub. Sənədin imzalanması Avropa Komissiyasının (AK) prezidenti Ursula Fon der Lyayenin İsrailə üç günlük səfərinin sonuncu günü, iyunun 15-i səhər saatlarına planlaşdırılıb.
Məlumata görə İsrail Aİ üçün yeni qaz mənbəyinə çevrilə bilər, çünki “Avropa İttifaqı Rusiyadan qaz tədarükü asılılığını azaltmağa çalışır.
Avropa Komissiyasının rəhbəri Lyayen fəxri doktor adına layiq görüldüyü Negevdə (İsrailin cənubu) Ben Qurion Universitetində çıxış edərək bildirib ki, Aİ-nin hazırda Rusiya Federasiyası ilə münasibətlərində yaşadığı problemlər fonunda Avropa İttifaqı İsraillə enerji sektorunda əməkdaşlığı gücləndirməyə hazırdır.
O, əlavə edib ki, Moskvanın qaz məsələlərində mövqeyi Aİ-nin alternativ enerji mənbələri axtarmaq istəyini gücləndirir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB