Böyük Britaniyanın müdafiə naziri Türkiyəyə səfər edəcək

Böyük Britaniyanın müdafiə naziri Türkiyəyə səfər edəcək

Böyük Britaniyanın müdafiə naziri Ben Uolles Türkiyəyə səfər edəcək.

SİA-nın əldə etdiyi məlumata görə, səfər zamanı nazir Suriyadakı vəziyyət, İsveç və Finlandiyadan NATO-ya müraciətlər, həmçinin Ukraynadan taxıl ixracı məsələlərini müzakirə etməyi planlaşdırır.

Bundan əvvəl Uolles deyib ki, Böyük Britaniya Türkiyəni Odessa limanı vasitəsilə dəniz yolu ilə taxıl ixracı ilə bağlı istənilən sövdələşmənin mümkün təminatçısı hesab edir.

Bütün xəbərlər Facebook səhifəmizdə