Mitsotakis Yunanıstan ilә Türkiyә arasındakı münasibәtlәri qiymәtlәndirib

Yunanıstanın Baş naziri Kiryakos Mitsotakis prezident Rəcəb Tayyib Ərdoğanla yenidən görüş keçirmәyin vacibliyini vurğulayıb.
Mitsotakis Yunanıstan ilә Türkiyә arasındakı münasibәtlәri qiymәtlәndirib

Yunanıstanın Baş naziri Kiryakos Mitsotakis prezident Rəcəb Tayyib Ərdoğanla yenidən görüş keçirmәyin vacibliyini vurğulayıb.

SİA xəbər verir ki, Yunanıstanın ERT telekanalına müsahibə verən Kiryakos Mitsotakis Türkiyə ilə münasibətləri və digər xarici siyasət məsələlərini qiymәtlәndirib.

Baş nazirliyi dövründə Türkiyə-Yunanıstan münasibətlərində çoxlu dalğalanmaların şahidi olduğunu ifadə edən Kiryakos Miçotakis mart ayında İstanbulda prezident Rəcəb Tayyib Ərdoğanla keçirdiyi görüşlә bağlı deyib ki, Rәcәb Tayyib Ərdoğanla görüşüm həqiqətən də müsbәt atmosferdә keçdi.

Kiryakos Mitsotakis Türkiyə və türk xalqı ilə daimi, yaxşı və mehriban qonşuluq münasibətləri qurmağı səbirsizliklə gözlədiyini bildirib.

“Bizim Türkiyə və türk xalqı ilə problemimiz ola bilməz”,-deyә Yunanıstan Baş naziri vurğulayıb.

Kiryakos Miçotakis Rəcəb Tayyib Ərdoğanla yenidən görüş keçirmә ehtimalı ilə bağlı deyib:

‘‘Biz təbii olaraq nə vaxtsa görüşəcəyik. Görüşüb danışmalıyıq’’.

Bütün xəbərlər Facebook səhifəmizdə