Qərbi Balkanlar vasitəsilə Avropa İttifaqı (Aİ) ölkələrinə daxil olan qeyri-qanuni mühacirlərin sayı keçən illə müqayisədə demək olar ki, üç dəfə artıb.
Avropa İttifaqının Sərhəd Təhlükəsizliyi Təşkilatı “Frontex”in paylaşdığı son məlumatlara görə, bu ilin ilk 5 ayında Qərbi Balkanlar üzərindən Aİ-yə qeyri-qanuni yollarla daxil olan immiqrantların sayı 40 min 675 nəfər olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu rəqəm 3 dəfə çox sayılır.
SİA “Frontex”ə isyinadən bildirir ki, bu mühacirlərin əksəriyyəti suriyalı və əfqanlardır. Onların bir müddət Qərbi Balkan ölkələrində yaşadığı müəyyən edilib.
Məlumata görə, ümumilikdə 86.420 immiqrant Aİ ölkələrinə bütün marşrutlarla qeyri-qanuni yollarla daxil olub. Bu siyahıya fevralın 24-dən başlayan Rusiya-Ukrayna müharibəsindən qaçanlar aid deyil. Aİ-yə Ukrayna və Moldovadan təxminən 5 milyon yarım Ukrayna vətəndaşı daxil olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB