“Donbasda dayanmaq həyati əhəmiyyət kəsb edir”

Qara dənizdəki Rusiya donanması Ukraynaya gələn hərbi yardıma zərbə vurmağa hazırlaşır
“Donbasda dayanmaq həyati əhəmiyyət kəsb edir”

Qara dənizdə Rusiya donanmasının gəmi qruplaşması Ukraynanı 20 qanadlı raketlə hədələyir.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Cənub” əməliyyat komandanlığının spikeri Vladislav Nəzərov məlumat verib.

“...Qara dənizin şimal-qərb hissəsində düşmən donanmasının gəmi qruplaşması növbəti dəfə yenidən formatlaşdırılıb. 2 raket gəmisi və 20 qanadlı raketlə təchiz edilmiş sualtı qayıq dənizdən raket hücumu təhlükəsi yaratmaqda davam edir”. Qeyd edək ki bunları deyən Nəzərovun sözlərinə görə, akvatoriyada bir böyük desant gəmisi var ki, bu da düşmənin desant əməliyyatı niyyətinin hələ də saxlanıldığını göstərir.

Nəzərov əhalini təhlükəsizlik tədbirlərinə laqeyd yanaşmamağa, hava hücumları zamanı hərəkət alqoritminə və qaydalarına əməl etməyə, informasiya dolğunluğuna uymamağa, məlumat mənbələrini diqqətlə yoxlamağa, müdafiə qüvvələrinə etibar etməyə çağırıb.

Qeyd edək ki, bir müddət bundan əvvəl Ukrayna saytları rusların Odessa vilayətindəki Zmeinoyedə qüvvələrini artırırdığı barədə məlumat dərc etmişdi. Belə ki, peyk adada yeni hava hücumundan müdafiə vasitələrini qeydə alıb.

Hərbi ekspert Oleq Jdanovun sözlərinə görə, Qara dənizdəki Rusiya donanması Ukraynaya gələn hərbi yardıma zərbə vurmağa hazırlaşır.

Yeri gəlmişkən, ötən axşamkı çıxışı zamanı Ukrayna prezidenti Vladimir Zelenski hazırda ən amansız döyüşlərin Severodonetskdə və onun ətrafında getdiyi barədə məlumat verib.

Zelenskinin sözlərinə görə, son gün ərzində Donbasdakı döyüşlərdə köklü dəyişiklik olmayıb.

“...Severodonetskdə və yaxınlıqdakı bütün şəhər və icmalarda ən amansız döyüşlər hələ də davam edir. İtkilər, təəssüf ki, ağrılıdır. Amma biz dayanmalıyıq. Bu, bizim dövlətimizdir. Elə orada, Donbasda dayanmaq həyati əhəmiyyət kəsb edir. Bu. Düşmən məhz orada daha çox itki verir, ona görə də onların təcavüzü davam etdirməyə gücü az olacaq”, - ukraynalı prezident bildirib.

Zelenski qeyd edib ki, Donbas istiqaməti yaxın həftələrdə döyüş meydanında kimin üstünlük təşkil edəcəyini müəyyən etmək üçün açardır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə