...Əgər NATO-nun Madriddə keçiriləcək sammitinə qədər Türkiyə ilə razılıq əldə olunmasa, Finlandiya və İsveçin Şimali Atlantika Alyansına qoşulması prosesi “yerində donub” qala bilər.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Finlandiyanın baş naziri Sannu bildirib.
“...Hesab edirəm ki, indiki mərhələdə irəliləmək çox vacibdir. Madridə qədər bu məsələləri həll etməsək, prosesin yerində donma riski var... Nə qədər olduğunu bilmirik, amma bir müddət dona bilər”, – deyə o bildirib.
Baş nazirin qeyd etdiyi kimi, Helsinki Ankaranın narahatlığını “ciddi” qəbul edir və onları nəzərdən keçirmək və “anlaşılmazlıqlar varsa, onları düzəltmək” istəyir.
"Əlbəttə ki, biz bütün məsələlərə çox ciddi yanaşırıq və danışıqlar aparırıq, lakin mən hesab edirəm ki, Türkiyənin də bu mərhələdə həll yollarını tapmağa çalışması məsuliyyəti var", - hökumət başçısı bildirib.
Marin onu da bildirib ki, Türkiyə əvvəllər Finlandiya və İsveçin “məmnuniyyətlə NATO-ya qəbul ediləcəyini” demişdi, lakin Ankara təkliflər təqdim edildikdən sonra mövqeyini dəyişib.
Mayın 18-də Finlandiya və İsveç NATO-ya üzvlük üçün ərizələrini NATO-nun baş katibinə təqdim ediblər. Ankara araşdırma prosesinin başlamasına mane olub. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Finlandiya və İsveçin üzvlük məsələsinə “hə” deyə bilməyəcəyini, çünki onların Türkiyədə qadağan olunmuş Kürdüstan Fəhlə Partiyasının nümayəndələri ilə münasibətlərə dair verdiyi zəmanətlərə inanmadığını bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB