“Silahımız var, amma zirehli texnikamız yoxdur”

“Silahımız var, amma zirehli texnikamız yoxdur”

Kiyev Qərb ölkələrindən uzaq mənzilli silahlar alacağı təqdidə belə, Rusiya ərazisini atəşə tutmaq niyyətində deyil.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Ukrayna prezidenti Vladimir Zelenski bildirib. Qeyd edək ki, ukraynalı prezident bu açıqlamanı hollandiyalı jurnalistlərlə görüş zamanı bildirib.

“Xeyr”, - deyə Zelenski Qərbin Kiyevə 100 km-dən çox mənzilli silahları təhvil verəcəyi təqdirdə Ukraynanın Rusiya ərazisindəki hədəfləri atəşə tutmağa hazır olub-olmadığı sualına cavab verib.

Prezident izah edib ki, Ukraynada elə ərazilər var ki, orada ukraynalı qoşunların cəmləşdiyi yerlər rus qoşunlarının cəmləşdiyi yerlərdən 100 km-dən çox məsafədə yerləşir. “Bu məsafəni qısaltmaq üçün müvafiq silahlara ehtiyacımız var” - deyə Zelenski bildirib.

Maraqlıdıdr ki, ukraynalı prezident, danimarkalı jurnalistin Ukrayna ordusunun adi silahlarının belə tükənməsi ilə bağlı ünvanladığı sualı təkzib edib. Zelenski bunun reallıqdan uzaq olduğunu bildirib.

“Bizim kifayət qədər silahımız var, lakin Rusiya Federasiyasının texnikasında üstünlüyü aradan qaldırmaq üçün lazım olan məsafədə fəaliyyət göstərən kifayət qədər silahımız yoxdur. Kifayət qədər zirehli texnikamız yoxdur”, - deyə Ukrayna prezidenti əlavə edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə