Ursula fon der Leyen İsraildə səfərdə olub

Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula fon der Leyen İsraildə səfərdə olub.
Ursula fon der Leyen İsraildə səfərdə olub

Ursula fon der Leyen adıçəkilən ölkəyə səfəri çərçivəsində Xarici işlər naziri Yair Lapid ilə görüşüb.

SİA-nın əldə etdiyi məlumata görə, danışıq zamanı regional və beynəlxalq hadisələr müzakirə edilib.

Nazir Yair Lapid sosial media hesabı “Twitter”-da paylaşdığı açıqlamada: “Von der Leyen ilə görüşməkdən xoşbəxtəm. Keçən il Avropa İttifaqı ilə münasibətlərimizi bərpa etdik. Bu əlaqələr İsrail dövləti üçün strateji qələbə hesab edilir. Bunu irəli pillələrə qaldırmağa çalışacayıq.

Von der Leyen də “Twitter” hesabında paylaşdığı açıqlamasında: “Biz ikitərəfli əməkdaşlığı və siyasi dialoqu daha da gücləndirmək, o cümlədən Rusiyanın Ukraynaya hücumunun ərzaq təhlükəsizliyi və enerji təchizatına təsiri kimi daha geniş məsələlərin həlli üçün birlikdə çalışacağıq”.

Bütün xəbərlər Facebook səhifəmizdə