Ukraynada kütləvi məzarlıq tapılıb

Ukraynada kütləvi məzarlıq tapılıb

Ukraynanın Buça rayonunun Myrotske qəsəbəsində 7 mülki vətəndaşın cansız cəsədinin tapıldığı bildirilib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, 7 mülki şəxs güllələnib və əlləri arxadan bağlı şəkildə dəfn edilib. Ukrayna Milli Polisinin rəisi İqor Klimenko Kiyev vilayətində 1500-dən çox dinc sakinin həyatını itirdiyini və bu ölümlərin Rusiya ordusunun düşünülmüş qərarı ilə baş verdiyini bildirib. Kütləvi məzarlarla bağlı araşdırmaların ayrı-ayrılıqda aparıldığını deyən Klimenko, hazırda dəqiq rəqəm söyləməyin mümkün olmadığını, bir həftə ərzində 2-3 cəsədin tapıldığını paylaşıb.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə