Qırğızıstan-Tacikistan sərhədində atışma - 1 tacik sərhədçisi həlak olub

Qırğızıstan-Tacikistan sərhədində atışma - 1 tacik sərhədçisi həlak olub

Qırğızıstan-Tacikistan sərhədində baş verən qarşıdurmada 1 tacik sərhədçisi həlak olub, 3 nəfər yaralanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Qırğızıstan-Tacikistan sərhədində münaqişə baş verib. Qırğızıstan sərhədçilərinin verdiyi açıqlamaya görə, 1 tacik sərhədçisi həlak olub, 3 nəfər yaralanıb. Qırğızıstandan verilən açıqlamada hadisə ilə bağlı sərhəd komandirləri və yerli qubernatorların danışıqlar apardığı bir vaxtda can itkisinin olmadığı bildirilib.

Tacik mənbələri və Qırğızıstan sərhədçiləri tərəfindən verilən açıqlamaya görə, iyunun 3-də Tacikistanın İsfara yaxınlığındakı Kex bölgəsində sərhədçilər arasında toqquşma baş verib və 3 qırğız əsgəri yaralanıb.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə