Amerika prezidenti Cozef Bayden Belarus hakimiyyətinə qarşı sanksiyaların daha bir il uzadılmasına dair bildiriş imzalayıb. SİA bu barədə rus saytlarına istinad edir.
“Belarus hökumətinin bəzi üzvlərinin və digərlərinin hərəkətləri və siyasəti, o cümlədən Belarus rejiminin zərərli fəaliyyəti və uzun müddət davam edən sui-istifadələri hələ də ABŞ-ın milli təhlükəsizliyi və xarici siyasəti üçün ifrat təhlükə yaradır. Ona görə də mən qərara gəldim ki, Belarusa qarşı sanksiya təzyiqini davam etdirmək lazımdır”, – Ağ Evin saytında yerləşdirilən sənəddə deyilir.
Bayden qeyd etdi ki, imzaladığı və Konqresə göndərdiyi bildiriş 2021-ci ilin avqustunda genişləndirilmiş 16 iyun 2006-cı il sərəncamını uzadıb.
Mayın 23-də Rusiya prezidenti Vladimir Putin belaruslu həmkarı Aleksandr Lukaşenko ilə danışıqlar zamanı bildirib ki, Rusiya iqtisadiyyatı sanksiyalara baxmayaraq, zərbəyə ləyaqətlə dözür. O vurğulayıb ki, “bütün əsas makroiqtisadi göstəricilər bundan danışır”.
Mayın 20-də G7 ölkələrinin maliyyə nazirləri bildiriblər ki, G7 dövlətləri Rusiya və Belarusu dünya iqtisadiyyatından təcrid etməkdə davam edəcəklər.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB