ABŞ prezidenti Cozef Baydenin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Xarici əlaqələr üzrə Komissiyası ofisinin rəhbəri, Siyasi Büro üzvü Yanq Cieçi ilə görüş keçirib. Təbii ki, bu dövlət səlahiyyətliləri arasında yaşanan adi bir haldır.
Amma görüş zamanı tərəflərdən birinin, məsələn elə ABŞ tərəfinin, guya Pekinin Moskvaya mümkün köməyindən Vaşinqtonun “yaman qorxduğu” kəlməsini dilə gətirməsi elə də inandırıcı görünmür.
Qeyd edək ki, SİA-nın əldə etdiyi məlumata görə, bunu TASS o biri rus saytlarına istinad edərək bildirib.
Deməli rus saytlarının yazdığına görə, Sullivan ABŞ-ın özünü müdafiə etmək və gələcək təcavüzü dəf etmək vasitələri ilə demokratik, müstəqil, suveren və firavan Ukraynaya sadiqliyini vurğulayıb. O, Rusiyanın nüvə silahları ilə bağlı məsuliyyətsiz ritorikasının qlobal təhlükəsizlik və nüvə silahlarının yayılmaması rejimi üçün təsirlərinə də diqqət çəkib.
...Və Rusiyanın Çinə müəyyən növ dəstəyi ilə bağlı ABŞ-ın narahatlığını dilə gətirib. Bəli, narahatlığını... Amma ruslar bunu, yəni “narahatlığı” az qala “qorxusundan üyüdür” kimi yazıblar.
...İndi ki, gəlib, deyəcəm: itdən niyə hürdüyünü soruşurlar, deyir qorxuduram, soruşurlar bəs quyruğun niyə titrəyir, qayıdır ki, özüm də qorxuram. Bunu elə-belə deyirəm...
Təbii ki, yaranmış vəziyyətdə münaqişə ilə əlaqəli dövlətlərin hər hansı bir narahatlıq keçirməsi başa düşüləndir. Amma hər hansı bir dövlət səlahiyyətlisinin öz ölkəsi barədə mənfi rəy yarada biləcək söz işlətməsi, məncə elə də inandırıcı görünmür.
Təbii ki, bu günkü yaşantılarda ABŞ-Rusiya münasibətləri barədə tərəf nümayəndələrinin müxtəlif fikir səsləndirmələri hələ də səngiməyib.
Məsələn, bir müddət bundan əvvəl amerikalı politoloq Anatol Lieven ABŞ-ın Ukraynadakı vəziyyətə həddindən artıq müdaxiləsi Rusiya ilə birbaşa toqquşmaya çevrilməsi barədə bildirmişdi. Təbii ki, narahatçılıq doğuran haldır.
Amerikalı politoloq daha sonra münaqişənin ABŞ-ın milli maraqlarına zidd olduğunu, Ağ Evə böyük ziyan vuracağını bildirmişdi. Bu da narahatçılıq doğuran haldır.
Təbii ki, dediyimiz kimi yaranmış vəziyyətdə narahalıq döğuracaq müxtəlif səpkili hallar yaşanmaqdadır. Amma qeyd edək ki, bu gün ABŞ başda olmaqla Qərbin ən böyük narahatlığı (qorxusu demirəm-A.B.) başqadır.
Onlar Moskvanın hərbi səylərini artıraraq münaqişənin Ukraynadan kənarda genişləndirməyə çalışma ehtimalından narahatdırlar. Bax, yenə də qorxu demirik.
Yeri gəlmişkən, bir müddət bundan əvvəl Böyük Britaniyanın Müdafiə Qərargahının keçmiş rəisi, general Devid Riçards Qərb hökumətlərinin Ukraynadakı münaqişə və gələcəkdə Rusiya ilə əməkdaşlığa dair uzunmüddətli strategiyasının olmadığını bildirmişdi.
...Əslində elə ən böyük narahatçılıq yarada biləcək hal budur.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB