Kremlin Ukraynadakı xüsusi əməliyyatdakı məqsədi...

Kremlin Ukraynadakı xüsusi əməliyyatdakı məqsədi...

Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Rusiyanın Ukraynada keçirdiyi xüsusi hərbi əməliyyatın əsas məqsədi barədə danışıb.

SİA bu barədə rus saytlarına istinad edir.

Peskov Donetsk və Luqansk Xalq Respublikalarının (DXR və LPR) müdafiəsini Rusiyanın Ukraynada əsas vəzifəsi adlandırıb.

“Ümumiyyətlə, “respublika”ların müdafiəsi xüsusi hərbi əməliyyatın əsas məqsədidir”, - Kreml sözçüsü vurğulayıb.

Maraqlıdır ki, Peskov Donetsk Xalq Respublikasına əlavə dəstək barədə suala cavab verməyib və onu Rusiya Müdafiə Nazirliyinə göndərib.

Xatırladaq ki, bundan əvvəl, iyunun 13-də DXR hakimiyyəti Rusiyadan “əlavə müttəfiq qüvvələr” istəyib. Bu barədə respublikanın başçısı Denis Puşilin məlumat verib. Onun sözlərinə görə, Kiyev Donetskin son atəşə tutulması zamanı qadağan olunmuş döyüş üsullarından istifadə edərək bütün xətləri keçib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə