Odessa şəhərinin meri Gennadi Truxanov şəhərdə adları ən azı hansısa şəkildə Rusiya ilə bağlı olan küçələrin adlarının dəyişdiriləcəyini açıqlayıb.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Truxanov sosial şəbəkələrdə yazıb.
...Söhbət Odessanın tarixi ilə heç bir əlaqəsi olmayan Odessa küçələrinin adlarından gedir! Düşünürəm ki, Novomoskovskaya, Borodinskaya, Kurskaya, Voronejskaya, Çapaeva və digər küçələrin adları dəyişdirilməlidir.
Verilən xəbərə görə, bu fikir şəhər rəhbərinin bəyanatında bildirib.
Truxanovun sözlərinə görə, şəhər şurasının deputatları küçələrin adlarının dəyişdirilməsi ilə bağlı yekun qərarı tarix-toponimik komissiyanın tövsiyəsi əsasında verəcəklər. Şəhərin 24 küçəsinin rus dilində adı olduğunu deyən şəhər meri onları Ukraynaya çevirmək, daha 19-nun isə sovet keçmişi ilə bağlı olduğu üçün dəyişmək lazım gələcək.
Şəhər meri qeyd edib ki, küçələr öz tarixi adlarını qaytarmalı, bunun mümkün olmadığı yerlərdə isə “əbədiləşdirilməyə layiq” insanların və hadisələrin adı verilməlidir. Məsələn, "Böyük Britaniya Meydanı", "Mariupol Qəhrəmanları" və s. küçələri ola bilər.
Bu arada Fransa hökuməti Odessa limanının blokadadan çıxarılması əməliyyatı zamanı hərtərəfli dəstək verməyə hazırdır olduğunu ildirib. Qeyd edək ki, bu, Ukraynadan qlobal taxıl tədarükünün bərpasına da kömək edəcək.
Qeyd edək ki, buna görə, Paris öz gəmilərinin yenidən Odessaya göndərilməsini istəyir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB