Rusların “RİA Novosti” saytı Kremlin Ottavadakı səfiri Oleq Stepanova istinadən xəbər verir ki, bu ölkənin xarici işlər naziri Melani Colinin Moskva ilə əlaqənin mənasızlığı barədə açıqlamalarına baxmayaraq, guya Rusiya Kanada ilə əlaqələrin səviyyəsindən və xarakterindən çox razıdır.
...Görən bu bizlərdəki “səni sevəcəyəm, sən sevməsən də”nin oxşarı deyil ki? SİA bu barədə rus saytlarına istinad edir.
“...Biz, demək olar ki, hər gün əlaqə saxlayırıq, gündəmdə olan və həllini tələb edən praktiki məsələlər var. Həm mən, həm nazir müşaviri, həm də diplomatlarımız mütəmadi olaraq Kanada Xarici İşlər Nazirliyindəki həmkarlarımızla əlaqə saxlayırıq. Səfirlik ilə Xarici İşlər Nazirliyi arasında ünsiyyət baxımından hər şey normal, peşəkar şəkildə gedir. Əlaqələrimizin keyfiyyətini böyük məmnuniyyətlə qiymətləndiririk. Kanada Xarici İşlər Nazirliyi öz ənənələri olan peşəkar xidmətdir” – deyən Stepanov vaxtilə Rusiyanın Ottavadakı səfirliyində keçirilən bütün tədbirlərə Kanada Xarici İşlər Nazirliyi səlahiyyətlərinin də qatıldığını xatırladıb.
Amma bu dəfə rusların Kanadadakı səfirliyində “Rusiya günü” münasibətilə təşkil edilən tədbirə nədənsə yerli səlahiyyətlilərdən heç kim qatılmayıb. Niyə?
...Ona görə ki, bu günlərdə Kanadanın xarici işlər naziri Melani Coli Twitter-də belə bir açıqlama ilə çıxış edib: “...Bu qəbuledilməzdir. Rusiya səfirliyində keçirilən tədbirdə heç bir Kanada nümayəndəsi iştirak etməməlidir. Heç bir Kanada nümayəndəsi bir daha belə tədbirlərə qatılmayacaq”.
...Hə, indi imkan verin, hələlik Kanadadakı ruslar... “səni sevəcəyəm, sən sevməsən də”ni oxusunlar.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB