“Rusiya günü”ndə Ukrayna himni oxunub

“Rusiya günü”ndə Ukrayna himni oxunub

Bu dəfə Ukrayna saytlarının yazdığına görə, Xerson vilayətinin sakinləri “Rusiya günü”nün qeyd olunmasına məhəl qoymayıblar.

SİA-nın əldə etdiyi məlumata görə, “Rusiya günü” adı altında keçirilən tədbirdə rus yaraqlılarının sayı tədbirə gətirdilinən ukraynalıların sayından çox olub

"Xerson vilayətinin sakinləri ərzaq bağlamalarından rüşvət vermək cəhdlərinə baxmayaraq, “Rusiya günü” qeyd edilməsinə məhəl qoymadılar. Ruslar tədbirlərində şənlik illüziyası yaratmaq və təbliğat mediasına dəstək verməyə çalışsalar da amma heç nə alınmayıb”.

Bunu Ukrayna saytları yazır.

Xerson sakinləri küçələrdə Ukraynanın himnini səsləndirib, sarı və mavi lentlər, motivasiya vərəqələri asıb, hər yerdə vətənpərvərlik qraffitiləri çəkiblər.

İşğal altında olan Xerson və Kaxovka sakinləri yeni reallıqla barışmaq fikrində olmadıqlarını bir daha nümayiş etdirdilər. İyunun 12-də işğal olunmuş şəhərlərin küçələrində mavi-sarı lentlər, vətənpərvərlik ruhunda yazılar peyda olub, Xersonun işğal administrasiyasının rəhbəri Volodimir Saldoya müraciətlər edilib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə