Ukraynalılara Rusiya vətəndaşlığı verilməyə başlanıb

V.Putinin mayın 25-də Ukraynanın Xerson və Zaporojye vilayətlərinin sakinləri üçün Rusiya vətəndaşlığının alınmasını asanlaşdıran fərmana əsasən...
Ukraynalılara Rusiya vətəndaşlığı verilməyə başlanıb

Rusiya prezidenti Vladimir Putinin imzaladığı fərmana əsasən, Ukraynanın Melitopol, Xerson və Zaporojya şəhərlərində yaşayan ukraynalılara Rusiya vətəndaşlığı verilməyə başlanıb. SİA bu barədə rus saytlarına istinad edir.

V.Putin mayın 25-də Ukraynanın Xerson və Zaporojye vilayətlərinin sakinləri üçün Rusiya vətəndaşlığının alınmasını asanlaşdıran fərman imzalayıb. Bu fərmana əsasən, işğal olunmuş şəhərlərdə yaşayanlara Rusiya vətəndaşlığı hüququ verilib və gün qeyd olunan 12 İyun Rusiya Günü şənliklərində Ukraynanın işğal olunmuş şəhərlərində Rusiya pasportları paylanmağa başlayıb.

İyunun 11-də Zaporojye vilayətinin Melitopol şəhərində keçirilən mərasimlərdə pasportları sahiblərinə təhvil verilərkən Rusiya tərəfindən təyin edilmiş Zaporojya vilayətinin hərbi idarə rəisi Vladimir Roqov “6 iyuna qədər bu bölgədə 70-dən çox adam Rusiya vətəndaşlığı üçün müraciət edib” deyib.

Rusiya tərəfindən təyin edilmiş Xerson vilayətinin hərbi administrasiyasının rəhbəri Vladimir Saldo da ictimaiyyət tərəfindən Rusiya vətəndaşlığına intensiv tələbin olduğunu bildirib: “Xerson şəhərinin bütün sakinləri tezliklə Rusiya vətəndaşlığını almaq istəyirlər”.

Bütün xəbərlər Facebook səhifəmizdə