“Çin Rusiyaya heç bir maddi yardım göstərmir”

“Çin Rusiyaya heç bir maddi yardım göstərmir”

Ukraynadakı döyüşlər beynəlxalq arenada bir sıra dəyişikliklərə səbəb olub.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Sinqapurda keçirilən illik “Şanqri-La Dialoq” təhlükəsizlik konfransındakı çıxışı zamanı Çinin müdafiə naziri Vey Fenqe bildirib.

Onun sözlərinə görə, COVID-19 pandemiyasından sonra beynəlxalq geosiyasi mənzərə böyük dəyişikliklərə məruz qalıb. Ukraynadakı vəziyyət isə bu dəyişiklikləri daha da gücləndirdi.

“...İndi daha çox böhran, xaos var və dünyamız nə dinc, nə də sakitdir”-deyə bildirən Fenqenin sözlərinə görə, Çin Rusiya ilə Ukrayna arasında münaqişənin tezliklə həllinin tərəfdarıdır, lakin Qərb ölkələrinin metodlarını bəyənmir.

Çin Xalq Respublikasının Müdafiə Nazirliyinin rəhbəri vurğulayıb ki, ilk növbədə, tərəflər arasında məhsuldar dialoqa nail olmaq lazımdır.

“Münaqişə və ya müharibə Çinin Ukraynada görmək istədiyi son şeydir. Eyni zamanda, maksimum təzyiq və sanksiyaların tətbiqinin problemi həll edə biləcəyinə inanmırıq”, - deyə çinli nazir bildirib

Vey Fenqe onu da əlavə edib ki, bu gün Avropa və ABŞ-ın tətbiq etdiyi anti-Rusiya sanksiyaları yalnız vəziyyəti daha da gərginləşdirir və sülhə nail olmaq üçün heç bir töhfə vermir.

Yeri gəlmişkən, nazir Çinin Rusiyaya heç bir maddi yardım göstərmədiyini də vurğulayıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə