Silahlı hücum zamanı bir neçə nəfər həlak olub

Silahlı hücum zamanı bir neçə nəfər həlak olub

Meksikanın cənub-qərbindəki Herrero ştatının Çilpansinqo bələdiyyəsi ərazisində silahlı hücum nəticəsində ən azı 5 nəfər həlak olub.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə vilayət prokurorluğu ictimaiyyətə açıqlamasında bildirib.

“Müstəntiqlər və kriminalist ekspertlər hadisənin başvermə şəraitini müəyyən etmək üçün hadisə yerinə gediblər”, – xəbərdə deyilir. Qeyd edilir ki, qətllər Petakilyas yaşayış məntəqəsində törədilib.

Hələlik rəsmi təsdiqi olmayan məlumatda isə bildirilir ki, hücum zamanı 6 nəfər ölüb, daha iki nəfər yaralanıb. Hadisəyə nəyin səbəb olduğu məlum deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə