Seneqal vә Ukrayna XİN rәhbәrlәri arasında telefon danışığı olub

Seneqal vә Ukrayna XİN rәhbәrlәri arasında telefon danışığı olub

Seneqal xarici işlər naziri Aissata Tall Sall Ukraynanın xarici işlər naziri Dmitro Kuleba ilə telefon әlaqәsi saxlayıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barәdә Seneqal xarici işlər naziri rәsmi ‘‘Twitter’’ sәhifәsindә paylaşım edib. Aissata Tall Sall vurğulayıb ki, görüşdә fevralın 24-dәn etibarәn savam edәn Rusiya-Ukrayna müharibәsi әtrafında fikir mübadilәsi aparılıb.

Sall bildirib ki, shbәt zamanı hәmçinin Ukraynadakı buğda ehtiyatı və atəşkəs üçün Rusiya ilə səmimi dialoqun aparılması məsələləri müzakirə olunub.

Xatırladaq ki, Seneqal prezidenti keçәn hәftә Rusiya prezidenti Vladimir Putinlә görüşmüşdü. O, hәmçinin yaxın zamanda Ukrayna prezidenti Volodimir Zelenski ilә dә görüşәcәyini açıqlamışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə