Çexiya Ukraynaya 140 milyon avro dəyərində hərbi yardım edib

Çexiya Ukraynaya 140 milyon avro dəyərində hərbi yardım edib

Çexiya Ukraynaya 3,5 milyard krondan çox (təxminən 140 milyon avro) hərbi yardım göndərib.

SİA APA-ya istinadən xəbər verir ki, bu barədə CTK xəbər agentliyi ölkənin Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Hərbi yardımın göstərilməsinə dair qərarı Çexiya hökuməti qəbul edir.

Agentliyin məlumatına görə, bu yardımın ümumi məbləği demək olar ki, Nazirlər Kabinetinin hər iclasından sonra artır.

Bütün xəbərlər Facebook səhifəmizdə