Putinin Narva haqqında dedikləri...

Putinin Narva haqqında dedikləri...

Estoniya Xarici İşlər Nazirliyi Rusiya səfiri Vladimir Lipaevi prezident Vladimir Putinin imperator I Pyotrun Şimal Müharibəsindəki hərbi kampaniyaları ilə bağlı bəyanatlarına görə nazirliyə çağırıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyi xəbər yayıb.

Əslində burada söhbət Putinin cümə axşamı, iyunun 9-da gənc sahibkarlarla görüşündə dediyi sözlərdən gedir. Belıə ki, həmən görüşdə dövlət başçısı bildirib ki, guya Pyotr İsveçdən heç nə götürməyib, ilkin rus torpaqlarını, o cümlədən Narva şəhərini qaytarıb.

"Səfirlə görüşən dövlət katibinin müavini Rein Tammsaar prezident Putinin bəyanatından təəssüfləndiyini bildirib", - nazirliyin bəyanatında deyilir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə