Serbiya ukraynalı qaçqınlara 3 milyon avro göndərəcək

Serbiya ukraynalı qaçqınlara 3 milyon avro göndərəcək

Serbiya hökuməti Ukraynadan olan uşaqlar və qaçqınlar üçün ümumi məbləği 3 milyon avro olan maddi humanitar yardım göndərəcək.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Serbiya hökumətinin saytı məlumat yayıb.

Bildirilir ki, ukraynalı uşaqlara kömək üçün 1,5 milyon avro ayrılacaq, vəsait UNICEF vasitəsilə ödəniləcək.

Qaçqınlar üçün nəzərdə tutulan eyni məbləğ isə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının idarəsi vasitəsilə köçürüləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə