Aleksis Çipras jurnalistlәrә әhәmiyyәtli bәyanatlar verib

Aleksis Çipras jurnalistlәrә әhәmiyyәtli bәyanatlar verib

Simi adasına sәfәr edәn Yunanıstanın müxalifət lideri Aleksis Çipras Türkiyəyə dostluq və dialoq mesajı çatdırıb.

SİA-nın əldə etdiyi məlumata görə, jurnalistlәrә bәyanatlar verәn Aleksis Çipras deyib ki, yunan xalqı öz suverenliyini və suveren hüquqlarını qorumaq üçün birləşib.

Egey dənizinin hər iki tərəfinin sabitliyə və sülhə ehtiyacı olduğunu ifadә edәn Aleksis Çipras bildirib ki, iki xalq arasında razılığın әldә olunmayacağı heç bir problem yoxdur.

"Qonşu ölkənin hər zaman dialoq və sülhü dәstәklәyәn demokratik mülki qüvvələrinə müraciət edirəm. Bu səylər davam etdirilməlidir. Gərginliyin heç kimә faydası yoxdur’’.

Bütün xəbərlər Facebook səhifəmizdə