ABŞ strateji sabitlik üzrə dialoqdan imtina edir..?

ABŞ strateji sabitlik üzrə dialoqdan  imtina edir..?

Bu gün Moskvanı, ilk növbədə, aqressiya əvəzinə diplomatiya yolunu seçməyə çağıran Vaşinqton hazırda bu ölkə ilə strateji sabitliyə dair yeni dialoq planlaşdırmır.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsinin bildirdiyi deyilir.

“...Biz Strateji Sabitlik Dialoqunda iştirakımızı dayandırmışıq və hazırda yeni sessiya planlaşdırmırıq. Rusiya müharibə və təcavüzü deyil, diplomatiyanı seçməlidir”.

Bu fikirləri, dediyimiz kimi, ABŞ diplomatik agentliyinin nümayəndəsi bildirib.

Qeyd edək ki, tərəflər arasındakı strateji dialoq fevralın 25-də Vaşinqtonun təşəbbüsü ilə qeyri-müəyyən müddətə dondurulub.

Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonovun sözlərinə görə, Vaşinqton Moskvanı Rusiyanın Ukraynadakı xüsusi əməliyyatı kontekstində silahlara nəzarətin Ağ Ev administrasiyası üçün prioritet olmadığı ilə məlumatlandırıb.

Öz növbəsində ABŞ Rusiyaya diplomatik əməkdaşlığa vicdanlı münasibət göstərəcəyi təqdirdə, onunla strateji sabitlik üzrə ikitərəfli dialoqu davam etdirəcəyini bildirib.

Qeyd edək ki, Bbu mövzu üzrə məsləhətləşmələrin sonuncu raundu bu ilin yanvarında Cenevrədə keçirilib.

Onu da xatırladaq ki, bundan əvvəl Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya və ABŞ arasında nüvə silahı üzrə danışıqların yaxın gələcəkdə davam etdirilməsinin mümkünsüz olduğunu bildirmişdi.

Bununla yanaşı, ölkəsinin dialoqun davam etdirilməsində maraqlı olduğunu deyən Peskov, amma mövcud şəraitin buna məhdudiyyətlər qoyduğunu da etiraf edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə