“Volkswagen” Nijni Novqorodda işçilərinə...işdən çıxmağı təklif edib
“Volkswagen Qrupu”nun Nijni Novqoroddakı bölməsinin rəhbərliyi əməkdaşlarına iyun ayı ərzində könüllü olaraq işdən çıxarıldıqları üçün onlara kompensasiya təklif edilib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Kommersant” nəşri məlumat yayıb.
Məktubda iyunun 17-dən əvvəl əmək müqaviləsinə xitam verən fabrik işçilərinin altı, iyunun 29-dək isə beş tarif dərəcəsi üzrə əmək haqqı alacaqları bildirilir. “Volkswagen Group Rus” bu məlumatı təsdiqləyib və qeyd edib ki, işdən çıxmaq istəyən işçilərə 2022-ci ilin sonuna qədər tibbi sığorta da daxil olmaqla maliyyə kompensasiyası paketi təklif olunur.
Nəşr həmkarlar ittifaqının məlumatlarına istinadən bildirir ki, bu bölmədə 200-ə yaxın adam çalışır. Maraqlıdır ki, şirkət “Nijni Novqorodda işçilər üçün kütləvi ixtisar olmadığını yazır.
Xatırladaq ki, zavod mart ayından dayanıb. Apreldə “Vedomosti” məlumatlı mənbələrə istinadən yazıb ki, “Volkswagen Group Rus”un Kaluqa və Nijni Novqoroddakı müəssisələri bu ilin iyun-iyul aylarında işini bərpa edə bilər. May ayında Kaluqadakı “Volkswagen” zavodunun ACM həmkarlar ittifaqı bu il Kaluqada avtomobil istehsalının planlaşdırılmadığını və buna görə də ən azı 2023-cü ilin əvvəlinə qədər zavodun boş rejimdə olacağını açıqlanıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB