Bu ilin aprelində ABŞ-dan Rusiyaya malların tədarükü rekord həddə azalıb.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə "RosBusinessConsulting" xəbər verib.
Nəşrin məlumatına görə, idxal təqribən 89 milyon dollara düşüb. O cümlədən, avtomobillərin, motorların, qayıqların, kənd təsərrüfatı və xüsusi texnikanın idxalı praktiki olaraq dayandırılıb.
Eyni zamanda, aprel ayında Rusiyanın ABŞ-a ixracı nisbətən yüksək səviyyədə qalıb: ABŞ-a 2,08 milyard dollarlıq Rusiya məhsulları idxal edilib. Bununla belə, may ayı statistikasında Rusiya neft və neft məhsullarına embarqoya görə rəqəmlərin xeyli aşağı olacağı gözlənilir.
Bundan əlavə, iyunun 8-də məlum olub ki, 2022-ci ilin aprelində Belarus tarixdə ilk dəfə olaraq Rusiyaya Almaniyadan daha çox mal çatdırıb.
“Bloomberg”in müəyyən etdiyi kimi, Belarusun ölkəyə ixracı dəyər baxımından 100 faizdən çox artıb.
Ümumilikdə, 2021-ci ildə idxalın demək olar ki, yarısını təşkil edən tərəfdaş ölkələrdən Rusiyaya göndərişlər malların miqdarı eyni dövrlə müqayisədə təxminən 40 faiz azalıb.
Üstəlik, hətta anti-Rusiya sanksiyalarına qoşulmayan Çin də tədarükü azaldıb: məsələn, əgər ilin əvvəlində Çindən ixrac 7,4 milyard dollar qiymətləndirilirdisə, apreldə bu, cəmi 3,7 milyard dollara düşüb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB