“Adalaşma” ssenarisi Rusiyanın yaxın 10-15 il ərzində inkişafı üçün ən çox ehtimal olunan modeldir.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu RBC Rusiya Federasiyası Prezidentinin rəqəmsal və texnoloji inkişaf üzrə xüsusi nümayəndəsi, ANO NTI Platformasının baş direktoru Dmitri Peskova istinadən xəbər verir.
Onun sözlərinə görə, burada söhbət iri texniki-iqtisadi blokların bölünməsindən gedir. Peskovun sözlərinə görə, bir çox ölkələr ərzaq, dərman və başqa hər şeyi öz ərazilərində istehsal etmək istəyirlər.
Texnoloji suverenlik öz “adanızı” qurmaq ssenarisinin bir hissəsinə çevriləcək.
Peskovun dediyinə görə, belə bir ssenarini təkcə Rusiya deyil, ABŞ, Çin və ola bilsin ki, Hindistan da seçəcək.
Peskov qeyd edir ki, Rusiya Federasiyasının texnoloji suverenliyinə nail olmaq üçün bir sıra vəzifələri həll etmək lazımdır. Belə ki, Moskva “yaşıl” gündəliyi işləyib hazırlamalı, özünün texno-iqtisadi blokunu, kənd təsərrüfatı məhsullarının ixrac paketini, Rusiya ilə Asiya ölkələri arasında yeni nəsil nəqliyyat logistika dəhlizlərini yaratmalıdır.
...Texnoloji suverenlik təhlükəsizliyi, enerjini, ərzaq müstəqilliyini, zəruri malların tədarükünü, nəqliyyat əlaqəsinə nail olmağı, məlumat və istehsal vasitələrinin istehsalını təmin etməlidir.
Peskov onu da vurğulayıb ki, buna nail olmaq olar.
Onu da qeyd edək ki, mətbuat katibi bu kontekstdə “mümkün olmayan vəzifələrin həllini çox sevən SSRİ-yə” istinad edib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB