Baltikyanı ölkələr NATO-dan kömək istəyirlər

Baltikyanı ölkələr və Almaniya Rusiyanın aqressiv davranışına cavab olaraq NATO-nun şərq cinahının gücləndirilməsi ilə bağlı razılığa gəlirlər
Baltikyanı ölkələr NATO-dan kömək istəyirlər

Estoniyanın baş naziri Kaya Kallas NATO-nu şərq cinahında mövcudluğunu genişləndirməyə çağırıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, onun fikrincə, belə bir qərara ehtiyac Ukrayna böhranının kəskinləşməsi ilə bağlıdır.

"Ukraynada baş verən hadisələr açıq şəkildə göstərir ki, NATO-nun şərq cinahında gücləndirilmiş mövcudluğa ehtiyacı var. Bunun üçün NATO tez bir zamanda çəkindirici mövqedən müdafiə mövqeyinə keçməlidir. Güclü müdafiə həm də NATO müttəfiqlərinə hücum ideyasını qeyri-mümkün etmək üçün ən yaxşı çəkindirici vasitədir”.- deyə Kallas bildirib.

Estoniyanın baş naziri bu barədə NATO-nun baş katibi Yens Stoltenberq, Latviyanın baş naziri Krisjanis Karins və Litvanın baş naziri İnqrida Simonyte ilə danışıqları çərçivəsində müvafiq bəyanatla çıxış edib.

Yeri gəlmişkən, Kallas onu da vurğulayıb ki, bütün Baltikyanı ölkələr NATO qüvvələrinin Baltikyanı ölkələrdə təkcə quruda və ya dənizdə deyil, həm də havada gücləndirilməsinin zəruriliyi ilə bağlı eyni fikirdədir.

Xatırladaq ki, Latviya prezidenti Egils Levits də Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyatının davam etməsi fonunda Baltikyanı ölkələrdə NATO qoşunlarının mövcudluğunun gücləndirilməsinin zəruri olduğunu bildirmişdi.

Maraqlıdır ki, Latviya prezidenti Almaniya kansleri Olaf Şolzun Litvaya gözlənilən səfərinin alyansın şərq cinahını gücləndirmək üçün konkret təkliflərə səbəb olacağını bildirmişdi.

“Biz gözləyirik ki, Almaniya da NATO-nun ümumi təhlükəsizliyinə baxacaq və buna görə də hər üç Baltikyanı ölkədə NATO-nun mövcudluğunun artırılmasını dəstəkləyəcək”. Bunu da latviyalı prezident bildirib.

Təbii ki, müraciət cavabsız qalmamış və Berlin Litvaya əlavə qüvvələr göndərməyə razılıq vermişdi. Qeyd edək ki, bunu “çox vacib addım” hesab edən Riqa, həm Latviya, həm də Estoniyada NATO hərbi kontingenti ilə bağlı oxşar qərarlar gözlədiyini bildirmişdi.

Əldə olan son məlumata görə, estoniyalı baş nazirin müraciətindən sonra “Baltikyanı ölkələr və Almaniya Rusiyanın aqressiv davranışına cavab olaraq NATO-nun şərq cinahının gücləndirilməsi ilə bağlı razılığa gəlirlər”.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə