Dünya Bankından Ukraynaya əlavə dəstək

Dünya Bankından Ukraynaya əlavə dəstək

Dünya Bankı Ukrayna üçün 1,49 milyard dollar əlavə vəsait ayrılmasını nəzərdə tutan qərarı təsdiqləndi.

SİA-nın Türkiyə saytlarından əldə etdiyi məlumata görə, bu barədə Dünya Bankından məlumat yayılıb: “Yeni vəsait Dünya Bankının hazırladığı 4 milyard dollardan çox dəstək paketinin bir hissəsi hesab edilir. Sözügedən fondun təqribən 2 milyard dolları xərclənib. Lakin Dünya Bankının İcraçı Direktorlar Şurası ölkədə dövlət xərclərini dəstəkləmək məqsədilə Ukraynaya 1,49 milyard dollarlıq əlavə maliyyə ayrılmasını təsdiqləyib. Yeni vəsait hökumət və sosial işçilərin əmək haqlarının ödənilməsinə yönəldiləcək. Yeni resurs üçün İngiltərə, Hollandiya, Litva və Latviyanın maliyyə zəmanətlərindən istifadə edilib”.

Dünya Bankının sədri David Malpassi də açıqlamkasında: “Dünya Bankı Qrupu fevralın 24-də başlayan və hazırda davam edən müharibə qarşısında Ukraynaya və xalqına davamlı dəstək verir. Biz maliyyə dəstəyini səfərbər etmək və ukraynalıların səhiyyə, təhsil və sosial müdafiəyə çıxışına kömək etmək üçün yardım əlini uzadan ölkələrlə işləyirik”-deyə vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə