Venesuela prezidenti Nikolas Maduro Türkiyə səfərdədir

Venesuela prezidenti Nikolas Maduro Türkiyə səfərdədir

Prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə gələn Maduro rəhbərlik etdiyi nümayəndə heyəti ilə paytaxt Ankarada Anıtkabiri (Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün mavzaleyi) ziyarət edib.

SİA-nın əldə etdiyi məlumata görə, Atatürkün məqbərəsinə əklil qoyduqdan sonra Maduro rəhbərlik etdiyi nümayəndə heyəti ilə xatirə şəkli çəkdirib.

Anıtkabir xatirə dəftərini imzalayan Maduro “Bu böyük vətənin qurucusu Mustafa Kamalın qarşısında ehtiramımı bildirmək üçün gəldim” deyə yazıb.

Maduro ayrıca “Yaşasın Türkiyə, yaşasın Venesuela, yaşasın xilaskarlarımız” ifadəsini işlədib.

Maduronu səfər zamanı enerji və təbii sərvətlər naziri Fatih Dönmez müşayiət edib.

Venesuela prezidenti Maduro Prezident İqamətgahında prezident Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə