İrəvan-Meğri yolunda baş verən yol qəzasında 11 hərbçi xəsarət alıb

İrəvan-Meğri yolunda baş verən yol qəzasında 11 hərbçi xəsarət alıb

Ermənistanda əsgəri daşıyan avtomobil aşıb. SİA erməni mənbələrinə istinadən xəbər verir ki, hadisə iyunun 7-də saat 10:40 radələrində baş verib.

Dərələyəz bölgəsində, İrəvan-Meğri avtomobil yolunun 127 kilometrlik hissəsində, qeyri-müəyyən şəraitdə Müdafiə Nazirliyinin nömrə nişanlı “KamAZ” markalı avtomobil aşıb.

Saytın məlumatına görə, 11 hərbçi müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanalara çatdırılıb, onların həyatları üçün təhlükə yoxdur. Hadisə yerinə gələn hərbi polis əməkdaşları materiallar hazırlayır, sürücünün və zərərçəkənlərin şəxsiyyətini müəyyənləşdirirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə