Rusiya 210 ukraynalı döyüşçünün meyitini Kiyevə təhvil verib

Rusiya 210 ukraynalı döyüşçünün meyitini Kiyevə təhvil verib

Rusiya Mariupolda həlak olmuş 210 ukraynalı döyüşçünün meyitini Kiyevə təhvil verib.

SİA APA-ya istinadən xəbər verir ki, bu barədə "Reuters" Ukrayna kəşfiyyatındakı mənbələrə istinadla məlumat yayıb.

“Həlak olanların cəsədlərinin qaytarılması prosesi gedir. Bu günədək 210 meyit qaytarılıb. Bunların çoxu Azovstalın qəhrəman müdafiəçiləridir” – deyə mənbə bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə