Türkiyә Prezidenti Administrasiyasının İctimaiyyәtlә Әlaqәlәr İdarәsinin rәhbәri Fәxrәddin Altun bildirib ki, Türkiyənin İsveç və Finlandiyanın NATO-ya üzvlük müraciətləri ilə bağlı mövqeyi dәyişmәzdir.
SİA-nın əldə etdiyi məlumata görə, Fәxrәddin Altun paytaxt Ankarada keçirilən "21-ci əsrdə NATO: Çağırışlar, Tərəfdaşlıqlar və Genişlənmə" adlı panel iclasda çıxış edib.
Terrorla mübarizə mәsәlәsindә dəqiq mövqe nümayiş etdirmәyәn ölkələrin alyansa qəbulu NATO-nun gələcəyi üçün təhlükə yaradacaq” deyәn Fәxrәddin Altun vurğulayıb ki, İsveç və Finlandiyadan konkret addımlar və zəmanətlər gözlənilir.
Türkiyә Prezidenti Administrasiyasının İctimaiyyәtlә Әlaqәlәr İdarәsinin rәhbәri deyib: ‘‘Bu addımlar terrora siyasi dəstəyin dayandırılması, terrorun maliyyələşdirilməsinin azaldılması, PKK/PYD/YPG-yə silah dəstəyinin dayandırılması, ölkəmizə qarşı açıq və gizli embarqonun və sanksiyaların aradan qaldırılmasıdır”.
Fahrettin Altun NATO üzvlüyünün haqq deyil, imtiyaz olduğuna diqqət çəkərək, bu imtiyazı əldə etmək üçün müəyyən tələblərin yerinə yetirilmәsinin vacibliyini vurğulayıb.
“Bu şərtlər vә tәlәblәr yerinə yetirilmədiyi tәqdirdә Türkiyənin bu məsələ ilə bağlı mövqeyində heç bir dəyişiklik olmayacaq. Cәnab prezidentimiz Rəcəb Tayyib Ərdoğan bunu ən yüksək səviyyədən tutmuş beynəlxalq platformalara qədər bütün həmsöhbətlərinə açıq şəkildə ifadə etdi. Bir daha qeyd etmək istəyirəm ki, Türkiyәnin İsveç və Finlandiyanın NATO-ya üzvlük müraciətləri ilə bağlı mövqeyi dәyişmәzdir’’.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB