Haitidə mayın 8-də girov götürülmüş 8 Türkiyə vətəndaşından üçü səhhətinə görə azad edilib.
SİA APA-ya istinadən xəbər verir ki, bu barədə “Metro" turizm şirkəti məlumat verib. Qadınların səhhəti kəskin pisləşdiyi üçün azad ediliblər.
Qeyd edək ki, mayın 8-də Dominikan Respublikasından Haitiyə gləən avtobus sərhədi keçdikdən sonra silahlı şəxslər tərəfindən saxlanılıb. Avtobusdakı 8 türk, 3 haitili və 1 dominikanlı girov götürülüb.
Dominikanlı sürücü və haitili bələdçi qadın bir neçə gün sonra azad edilib. 2 sərnişini isə yaxınları böyük məbləğdə pul qarşılığında girovluqdan qurtara bilib. Girovluqda olan türklər Haitidə türk dili tədris edən müəllimlərdir.
BMT-nin hesablamalarına görə, haitidə ildə orta hesabla 200 adam oğurlanır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB