"...Kollektiv Təhlükəsizlik Müqaviləsinin təşkili Avro-Atlantikada tarazlığı təmin edən amil olmalıdır".
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Sergey Lavrov Rusiya Xarici İşlər Nazirliyinin saytında dərc olunan müsahibəsində deyib.
Bununla yanaşı o, təşkilatın dünyada nüfuzunun artacağına, səsinin getdikcə daha da artacağına əminliyini ifadə edib.
Əla...əntiqə arzu-niyyət-istək...daha nə bilim nə...
Amma, sual olunur, Lavrov NATO ilə bu tarazlığa kiminlə nail olacaq, Ermənistanla, yoxsa Tacikistanla? Hələ mən təşkilata üzv olan o biri dövlətləri demirəm. Dögrudur, burada bəzi istisnaları, təbii ki, nəzərə almaq lazımdır.
Amma, deyək ki, elə Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi təşkilatına olan “münasibəti” çoxları kimi, Lavrova da bəlli olmalıdır.
Belə ki, ermənilər elə indiyə qədər KTMT-ni “onların haqq işinə”, yəni 44 günlük müharibədə gəlib onlar tərəfdə vuruşmadığına görə hələ də söyürlər.
Təsadüfi deyil ki, erməni saytlarında KTMT ilə bağlı yer alan sonuncu yazılardan biri də elə bu təşkilata olan nifrət üzərində yazılıb.
“Ümidimiz özümüzə və NATO-yadır” başlıqlı yazıda, müəllif iyunun 10 və 17-də İrəvana gələcək KTMT səlahiyyətlilərini “parazitlər” kimi təqdim edir.
Yazıda deyilir ki, o vaxt 44 günlük müharibədə və hətta müharibədən sonra belə KTMT-yə üzv olan heç bir ölkə Azərbaycanın bu “təcavüzünü pisləməyib”.
Ermənilərə görə, KTMT məsələsində onların hərbi yardıma ümid etmək hüququ olub. Amma KTMT-dəki silahdaşları onlara nə silah, nə də könüllü dəstələr göndərməyiblər.
Qeyd edək ki, ermənilərin “atalarına od vurub, onları cızzaqlarını çıxaran” bilirsiniz nədir?
Ermənilər deyirlər ki, yenə də KTMT-dəki silahdaşlarımızdan nə rəğbət, nə də insani anlayış görməməyimiz bir yana, həlı bir KTMT-nin bəzi üzvləri, bizim acığımıza, Azərbaycanı “qələbə və ərazi bütövlüyünün bərpası” münasibətilə təbrik ediblər.
Ermənilərə görə, əgər onlar həmən ərəfədə KTMT-nin yox, NATO-nun üzvü olsaydılar, guya hər şey başqa cür olarmış. Ermənilər "nümunə" də göstərirlər, baxın, Ukrayna NATO-nun üzvü olmaya-olmaya, lakin bu blokdan bütün lazımi yardımları alır - silahdan, təlimatçıdan tutmuş pula qədər. Hətta NATO üzvü olan ölkələrin sadə sakinləri belə Ukraynaya kömək üçün yardım toplayırlar.
...Deyim ki, burada ermənilərə sual vermədən keçmək olmur. Yaxşı, dediyiniz kimi, Ukrayna NATO-nun üzvü olmasa da, amma təşkilat bu ölkəyə yardım göndərməkdə davam edir.
Siz, erməni düşüncənizlə də olsa, bu yardımdan bəs sizə niyə göndərilmədiyini heç olmasa, nə vaxtsa düşünmüsünüzmü?
Təbii ki, mən sizin aranızda bunu başa düşənlərin yoxluğuna elə də şübhə etmiəm. Çünki, siz “bilməsəniz də”, bütün dünya sizin haqsız olduğunuzu görürdü. İndi sizin öznüzü durub Ukrayna ilə müqayisə etməniz... çox gülüncdür.
...Bu gün siz gedən qatarın arxasınca boylanıb, Ermənistanın gələcək “nicatını” NATO ilə yaxınlaşmada görürsünüz. Amma etiraf edim ki, mən sizi NATO-da necə həsrətlə gözlədiklərindən xəbərsiz idim. Bu gün KTMT sizə “hörmət etməyib” deyə, siz də bundan sonra ona hörmət etməyəcəyinizi deyirsiniz...
Amma, deyim ki, sizin KTMT-ni tərk etməniz təşkilat üçün “böyük itki olacaq”. Onu da etiraf edim ki, bu KTMT-nin güçünün yarıdan çoxunu onun "əlindən alacaq"(?).
...Daha nə deyim, belə görünür ki, KTMT artıq son günlərini yaşamaqdadır.
...Lavrov da Moskvada oturub NATO ilə “tarazlıq formulu” qurur,.. amma unudur ki, Ermənistansız bu tarazlıq qurula bilməyəcək.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB